Şənbə, 18 May

Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATI: Qadının üzünə bıçaqla "şram" atdı - VİDEO

image

Dünən Yasamal rayonu, İnşaatçılar prospektində baş verən bıçaqlanma hadisəsinin təfərrüatları üzə çıxıb.

Xəbər verilir ki, 24 yaşlı Nuridə Əhmədova 12 bıçaq zərbəsi alıb. Yaralı hadisədən dərhal sonra xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kritik-ağır olduğu bildirilir.

Şahidlərdən biri Kərimə Əsgərova 24 yaşlı qadının bıçaqlanması ilə bağlı bunları deyib: "Çöldən qışqırıq səsləri gəldi. Maşının qapısı açıq vəziyyətdə idi. Ola bilsin ki, qadını yerə yıxmışdı. Sonra onu döyərək saçını yolurdu. Ətrafdakılar, özüm də ona kömək etməyə çalışdıq. O zaman bıçağı ətrafdakılara göstərdi ki, heç kim yaxınlaşmasın. Boğazı, üzü və əlinin kəsilməsini gördüm".

Digər şahid isə bildirdi ki, bıçaqlanan qadın hospitalda işləyib: "Oğlan səhər işdən çıxarkən onun qabağını kəsmişdi. Aralarında söz-söhbət yaranmışdı. Sonra camaatın gözü qabağında onu vurub".

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Araz İsazadə müəyyən olunaraq saxlanılıb.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41